Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Heyvanlar da stressli anlarda çox yeyir

CC0 / freestocks.org / dogİt, arxiv şəkli
İt, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Harvan Tibbi Araşdırmalar İnstitutunun (Avstraliya) əməkdaşları laboratoriya siçanlarını iki qrupa bölərək, onların üzərində təcrübə keçirib

BAKI, 29 aprel — Sputnik. Avstraliyalı alimlər bəzi insanların stressli və gərgin günlərdə niyə zərərli qidalar yediyini müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu psixika ilə deyil, baş beyinlə əlaqəlidir.

Harvan Tibbi Araşdırmalar İnstitutunun (Avstraliya) əməkdaşları laboratoriya siçanlarını iki qrupa bölərək, onların üzərində təcrübə keçirib. Birinci qrupun siçanları adi qəfəslərdə, ikinci qrupdakılar isə daha sterssli şərtlərdə saxlanılıb.

Gəmiricilərin qida rasionu da fərqləndirilib. Belə ki, birinci qrup balanslaşdırılmış qidalarla qidalandırılıb, ikinci qrupa isə yüksək yağ tərkibli qidalar verilib.

İki həftə sonra nəticəyə baxılıb. Belə ki, sağlam qidalandırılan siçanlar saxlanıldıqları şərtlərə baxmayaraq çəki yığmayıb. Yağlı qidalar verilən siçanlar isə müxtəlif formalarda kökəlib.

Müəyyən edilib ki, siçanlar da gərgin vəziyyətlərdə insanlar kimi çox yeyir.

Stress yaşayan və yağlı qidalar yeyən siçanlarda insulin səviyyəsi birinci qrupa nisbətən daha yüksək olub.

Xəbər lenti
0