BAKI, 29 aprel — Sputnik. Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın onun üçün ayırdığı mühafizəçilərin müşahidəsi altında Bodrumda istirahət edir. Bu barədə Sputnik Azərbaycan "Strana.ua"a nəşrinə istinadən xəbər verir.
Посмотреть эту публикацию в Instagram
Nəşrə Türkiyə hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hazırda Bodrumda müxtəlif ölkələrdən olan 20-yə yaxın yüksək rütbəli məmur var. Lakin Zelenskiyə xüsusi diqqət ayrılıb.
Məlumatda qeyd olunur ki, mühafizəçilər jurnalistlərə Zelenskinin restoranda şam yeməyi yeyərkən şəklini çəkməyə imkan verməyiblər.
Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Yekun nəticələrə əsasən, Vladimir Zelenski səslərin 73,22 faizini toplayaraq qələbəsini təmin edib. Hazırkı dövlət başçısı Pyotr Poroşenko isə 24,24 faiz səs toplayıb.
Посмотреть эту публикацию в Instagram
Bülletenlərin 2,31 faizi etibarsız hesab olunub.