BAKI, 29 aprel — Sputnik. "Miss Rossiya 2015" gözəllik müsabiqəsinin qalibi, "Dünya gözəli 2015"in birinci vitse-missi, fotomodel və aktrisa Sofiya Nikitçuk, nəinki təkcə Bakıda istirahət edib, həm də Formula-1 SOCAR Azərbaycan Qran-prisinin qonağı olub.
View this post on Instagram
Sputnik Azərbaycan-ın məlumatına görə, model Azərbaycana səfəri barədə məlumatı və burada çəkdirdiyi şəkilləri özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Nikitçuk yazıb: "Bakı hədsiz gözəl şəhərdir. Mən sadəcə ona aşiq olmuşam. Şəhərin hər yerini gəzmək üçün mütləq bir daha bura qayıdacağam".
View this post on Instagram
Sofiya Nikitçuk məşhur rusiyalı model və aktrisadır. O, tarixi "Sofiya" dramında, reper Bastanın, müğənnilər Yeqor Krid və Aleks Malinovskinin kliplərində çəkilib.