CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronun qara həqiqətləri: 150 ildir ölür və yenidən dirilməsi üçün daha 150 il lazımdır

Abunə olmaq
"Neftlə çirklənmiş əraziləri təmizləmək mümkündür, hətta həmin ərazidə təbii muzey yaratmaq olar"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. On il bundan əvvəl Abşeronda 15 min hektar neftlə çirkləndirilmiş ərazi mövcud idi. Keçən 10 il ərazində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) gördüyü mütəmadi tədbirlər nəticəsində çirklənmiş ərazilərin qiymətləndirilməsi və xəritənin hazırlanması həyata keçirilib. 

Dənizə çirkab sularının axıdılması, arxiv şəkli - Sputnik Azərbaycan
Xəzəri çirkləndirənləri hansı cəzalar gözləyir?

Amma bütün görülən tədbirlərə baxmayaraq, bu gün də Abşeron ərazisində hektarlarla neftlə çirkləndirilmiş ərazilər var. Və bu çirklənmə 100-150 ildir ki, davam edir.

Ramanı qəsəbəsində də ötən əsrdən qalmış neftlə çirkləndirilmiş ərazilər mövcuddur. Köhnə, taxtadan hazırlanmış neft çənləri, spesifik qoxu həmin ərazilərin təmizlənməyə ciddi ehtiyacı olduğunu deməyə əsas verir. Ramanı qəsəbəsindəki həmin ərazilərə yaxın yerdə yaşayış məntəqələri salınıb.

Sakinlər bu barədə Sputnik Azərbaycan-ın ərazidə olan əməkdaşına danışmaq istəməsələr də, uşaqlar şikayətlərini dilə gətirməkdən çəkinmədilər. 10 yaşlı Emil Əliyevin sözlərinə görə, onu neftin qoxusu narahat edir. Deyir ki, bəzən uşaqlarla çirklənmiş ərazilərə oynamağa da gedir. Bir sözlə, buradakı uşaqlar "neftin içində böyüyürlər".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Mirsalam Qənbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, neftlə çirkləndirilmiş ərazilər Nazirliyi və bu sahə ilə məşğul olan mütəxəssisləri də narahat edir: "Balaxanı, Suraxanı, Qaradağ, Binəqədi, Səbail rayonu və s. ərazilərdə hələ də neft və lay suları ilə çirklənmiş sahələr mövcuddur. 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu ərazilərin qiymətləndirilməsi, xəritələnməsi işləri aparılıb, konturları müəyyən edilib və hazırda təmizləmə metodologiyası üzərində çalışılır".

"Yəni həmin ərazilərin hansı vasitələrlə, üsullarla və metodik yanaşma ilə təmizlənməsinin mümkünlüyü araşdırılır. Neft və digər tullantılarla çirkləndirilmənin qarşısı mütləq alınmalı, neft hasilatında əmələ gələn lay suları idarə olunmalıdır. Bizim tələbimiz lay sularının idarə olunmasının düzgün təşkil edilməsi və bu suların hər hansı sututara, relyefə, dənizə, təbiətə atılmasının qarşısının tam alınmasıdır. Nazirliyin əsas hədəfi budur. Biz hər bir çirkləndiriciyə deyirik ki, ətraf mühitin çirklənməsinə görə cərimələnib, cərimə ödəmək əvəzinə həmin pulu mütərəqqi texnologiyaların qurulmasına istifadə edin" - Qənbərov vurğulayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, artıq bəzi müəssisələrdə lay sularının qapalı şəkildə dövriyyəsinə keçilib: "Məsələn Binəqədi, Bibiheybət ərazilərində bu istiqamətdə işlər görülüb. Müəssisələr başa düşür ki, sanksiyalardan qaçmağın ən uğurlu yolu yeni texnologiyaların tətbiqidir".

Ekoloq Telman Zeynalov isə Sputnik Azərbaycan-a bildirib ki, neft insan sümüklərinin, insan enerjisinin dəyişmiş formasıdır və insanlar onu hasil edərək torpaqları çirkləndirirlər: "Torpaq 3,5 və 15 faiz çirkləndirilir. 15 faiz ən dəhşətli şəkildə çirkləndirilmiş torpaqlardır. Onları təmizləməyə 10 illərlə vaxt lazımdır. Bunun üçün yeni texnologiyalar alınmalıdır. Almanların təklifi var ki, torpaqlar yandırılsın, tərkibində olan neft buxarlanaraq çıxsın. Bu zaman torpaq ölü torpağa çevrilir. Bizə isə ölü torpaq lazım deyil".

Mütəxəssisin sözlərinə görə, nefti parçalayan element azotdur: "Azot gübrəsi torpağa verildiyi zaman bütün turşular parçalanır. Bunun üçün isə vaxt və vəsait lazımdır. Hazırda həmin ərazilərə torpaq tökülür və yaşıllıqlar salınır. Ancaq bu yaşıllıqları hər il yeniləyirlər. Çünki torpaq çirklidir. Bu isə pul silməkdir".

Zeynalovun fikrincə, neftlə çirklənmiş əraziləri təmizləmək mümkündür: "Hətta həmin ərazidə təbii muzey yaratmaq olar. Bu ərazilərdə 100 ilin neft çənləri, quyuları var. Muzey yaratmaq olar ki, V əsrdə necə neft hasil edilirdi, necə daşınırdı, harada saxlanırdı. Qalan hissələri də təmizləmək çox asandır".

Qeyd edək ki, Ramanı qalasından ətrafa nəzər salanda böyük bir ərazinin neftlə necə məhv olduğunun şahidi olmaq mümkündür. Əlaqədar qurum çalışır. Torpaqların təmizlənməsinə isə çirkləndirilməsi üçün sərf edilən zaman qədər - 100-150 il vaxt lazımdır...

© Sputnik / Irade JELILRamanı qəsəbəsində ötən əsrdən qalmış neftlə çirkləndirilmiş ərazilər
Ramanı qəsəbəsində ötən əsrdən qalmış neftlə çirkləndirilmiş ərazilər - Sputnik Azərbaycan
1/17
Ramanı qəsəbəsində ötən əsrdən qalmış neftlə çirkləndirilmiş ərazilər

2/17

© Sputnik / Irade JELILRamana qəsəbəsi
Ramana qəsəbəsi - Sputnik Azərbaycan
3/17
Ramana qəsəbəsi
© Sputnik / Irade JELILRamanı qəsəbəsində ötən əsrdən qalmış neftlə çirkləndirilmiş ərazilər
Ramanı qəsəbəsində ötən əsrdən qalmış neftlə çirkləndirilmiş ərazilər - Sputnik Azərbaycan
4/17
Ramanı qəsəbəsində ötən əsrdən qalmış neftlə çirkləndirilmiş ərazilər
© Sputnik / Irade JELILRamanı qəsəbəsində ötən əsrdən qalmış neftlə çirkləndirilmiş ərazilər
Ramanı qəsəbəsində ötən əsrdən qalmış neftlə çirkləndirilmiş ərazilər - Sputnik Azərbaycan
5/17

6/17

7/17

8/17

9/17

10/17

11/17

12/17

13/17

14/17

15/17

16/17

17/17

Xəbər lenti
0