Həkimə müraciət edən xəstənin gözündən bal arıları çıxıb

© Sputnik / İgor Onuchin / Mediabanka keçidGöz həkimi
Göz həkimi - Sputnik Azərbaycan
Abunə olmaq
Arılar göz çuxurundakı göz yaşı ilə qidalanıblar

BAKI, 28 aprel — Sputnik. Tayvanda kəskin ağrı və göz yaşarması şikayəti ilə xəstəxanaya müraciət edən, 20 yaşlı qadını müayinə edən həkimlər dəhşətə gəlib. Belə ki, pasiyentin gözünün içində 4 bal arısı olduğu müəyyən edilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, gənc qadının infesksiya qaqmış gözündəki arılar cərrahi müdaxilə yolu ilə çıxarılıb.

Məlumatda deyilir ki, gənc qadın qohumunun məzarındakı otları təmizləyərkən arılar gözünə daxil olub. Arılar göz çuxurundakı göz yaşı ilə qidalanıblar.

Xəbər lenti
0