BAKI, 28 aprel — Sputnik. Gələcəkdən gəldiyini iddia edən bir nəfər britaniyalının dedikləri yalan maşınında sınaqdan keçirilib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 2045-ci ildən gəldiyini iddia edən Adam Arkon yoxlama müddətində bir neçə qəribə iddia ilə çıxış edib.
O bildirib ki, 2028-ci ilin avqustunda yadplanetlilər dünyaya gələcək, 2029-cu ildə isə insanların beyninə mikroçip yerləşdiriləcək və insanların beyin funksiyaları artacaq. Həmçinin, yadplanetlilərin varlığının 2028-ci ildən əvvəl təsbit edildiyini, yalan maşınının isə 1981-ci ildə ixtra olunduğunu bildirən adamın iddiaları maraqla qarşılanıb.
Onun ən maraqlı iddialarından biri isə, 2030-cu ildə dünya ölkələrinin tək dövlət adı altında birləşəcəyi olub.
Qeyd edək ki, yalan maşını da gələcəkdən gələn adamın iddialarını təsdiq edib.