CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kirayə mənzillər niyə bahalaşır - ekspert şərh edir

© Sputnik / Irade JELILAzərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, son iki ildə kirayə mənzil bazarında 15-20 faiz ətrafında qiymət artımı müşahidə olunur
Elnur Azadov: “Bazarda qiymətlərə iki əsas amil təsir edir”

“Daşınmaz əmlak  bazarında icarəyə verilən mənzillərin qimyəti tələb-təklif əsasında formalaşır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

“Təkliflər artdıqca bazarda qiymətlər aşağı düşür, tələbat artdıqca isə artır. Son illər bazarda qiymətlərə iki əsas amil təsir edir. Bununla bağlı olaraq da qiymətlərdə artım müşahidə olunur. Hazırda paytaxtın Nizami, Nəsimi, Yasamal və Xətai rayonu ərazilərində kirayə mənzil qiymətlərində artım müşahidə olunur. Eyni zamanda paytaxta gələn turistlərin artması mərkəzdəki kirayə mənzillərə olan tələbatı artırmışdır. Ümumilikdə son iki ildə kirayə mənzil bazarında 15-20 faiz ətrafında qiymət artımı müşahidə olunur” - deyə o bildirib.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0