Qadın ərini pornokanala abunə olduğu üçün öldürüb

© pixabay / PavlofoxTelevizora baxan adam, arxiv şəkli
Televizora baxan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
69 yaşlı qadın 65 yaşlı ərini qətlə yetirib

BAKI, 28 aprel — Sputnik. Amerikanın Arkanzas ştatında 69 yaşlı tibb bacısı və bazar günü məktəbinin müəllimi Patrisia Hill ərini öldürdüyünə görə, 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, NBC informasiya portalının məlumatına görə, Patrisia həyat yoldaşını pullu pornokanala üzv olduğu üçün güllələyib.

Aprelin 24-də yayılan məlumata görə, 65 yaşlı Frenk Hill 2018-ci ilin 28 iyulunda öldürülüb.

Partisia və Frenk 17 il evli olublar. Bütün bu illər ərzində kişi arvadından erotik fotoları və videomaterialları gizlədib. Hər dəfə onlara baxandan sonra şəkilləri atıb. Frenk tez-tez "kişi mağarası" adlandırdığı tövlədə böyüklər üçün videolara baxırmış. Patrisianın vəkili Bill Ceymsin sözlərinə görə, qarı elə hesab edirmiş ki, həmin tövlədə "şeytan" var. O, ərinin pornolarla əylənməsini özünə və Allahına qarşı təhqir kimi qəbul edib.

2018-ci ilin mayında ərinin hərəkətlərindən bezən qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin əri onu bağışlamağı xahiş edib. İki aydan sonra Patrisia peyk kanalının onun adına göndərilən hesabını görəndə şoka düşüb. Qadının ləğv etdiyi pornoqrafik televiziya kanalına abunəliyini özündən xəbərsiz yenilənib.

Ceyms əmindir ki, onun müvəkkili ərini öldürmək istəməyib və tapançanı necə əlinə aldığını xatırlamır. O, Frenkin ayağından vurub və sonra havaya xəbərdarlıq atəşi açmaq istəyib. Lakin bu dəfə güllə kişinin başına dəyib. Bundan dərhal sonra qadın polis çağırıb və təqsirini boynuna alıb.

Xəbər lenti
0