CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda binada yanğın baş verdi, insanlar təxliyə olundu

Abunə olmaq
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub

BAKI, 28 aprel - Sputnik. Paytaxtın Səbail rayonunda yaşayış binasında yanğı baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ümumi sahəsi 900 m² olan üçmərtəbəli binanın üçüncü mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0