Terrorçuların gizləndiyi güman olunan evə basqın edildi, 6 uşaq öldürüldü

© REUTERS / DINUKA LIYANAWATTEŞri Lankada polis
Şri Lankada polis - Sputnik Azərbaycan
Abunə olmaq
Polis rəsmisi: "Öldürülənlərin bəziləri müqəddəs Pasxa mərasimində terror törətməkdə şübhəli bilinən şəxslərdir"

BAKI, 27 aprel — Sputnik. Şri-Lanka təhükəsizlik qüvvələri terror aktlarında şübhəli olaraq axtarılan şəxslərin gizləndiyi güman edilən bir evə basqın ediblər. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, əməliyyat nəticəsində 6-sı uşaq olmaqla 15 nəfər öldürülüb.

Şri-Lanka polis rəsmisi Ruvan Qunasekara bildirib ki, öldürülənlərin bəziləri müqəddəs Pasxa mərasimində terror törətməkdə şübhəli bilinən şəxslərdir.

Qeyd edək ki, ötən həftə Şri-Lankada Pasxa bayramında kilsə və hotellərdə 9 partlayış törədilib. Partlayışlar nəticəsində 359 nəfər həyatını itirib, 500-dən çox insan isə yaralanıb. Terror hücumlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Xəbər lenti
0