Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki rayondan arzuolunmaz xəbər var

CC BY 4.0 / Tərxan Paşazadə / Ağsu aşırımı (cropped)Агсуинский перевал, фото из архива
Агсуинский перевал, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerlərinə xilasedici qruplar göndərilib

BAKI, 27 aprel — Sputnik. Ağsu rayonunun İlxıçı kəndində ümumi sahəsi 154 m² olan talvarın altına yığılan 60 ton ot bağlamasının 15 tonu yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir rayondan yanğın xəbəri gəlib. Belə ki, Şəmkir rayonunda ümumi sahəsi 330 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0