Danimarkada miqrantlara boşanmağa icazə verilmir

© AFP 2024 / ADRIAN DENNISDanimarka
Danimarka - Sputnik Azərbaycan
Abunə olmaq
Bir əcnəbinin boşana bilməsi üçün bu ölkədə mülkü olmalıdır

BAKI, 27 aprel — Sputnik. Danimarkada müvəqqəti yaşama icazəsi verilmiş miqrantların boşanma üçün müraciətləri rədd edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Danimarkada boşanma prosesinə nəzarət edən müvafiq dövlət idarəsi ölkədə qüvvədə olan "Əcnəbilər" qanununun 7-ci maddəsinin 3-cü bəndinə görə, bu şimal dövlətində müvəqqəti olaraq yaşamaq üçün icazə almış şəxslərə boşanmağa icazə vermir.

Qanuna görə, bir əcnəbinin boşana bilməsi üçün bu ölkədə mülkü olmalıdır. Təbii ki, miqrantların bu ölkədə mülkləri yoxdur. Çünki müvəqqəti yaşama icazəsi olan miqrantlar Danimarka sakini hesab edilmir və mülkiyyət sahibi ola bilmirlər.

Xəbər lenti
0