Bu dəfə də paytaxt qonaqlarını günəşli hava, artıq Azərbaycanın "vizit kartına" çevrilmiş qonaqpərvərliyi və təbii ki, dadlı mətbəxi ilə qarşıladı. Yarışları izləməyə gələnlər trassa üzrə Bakı dənizkənarı parkında yerləşmiş müxtəlif əyləncə proqramlarından da yararlana bilərlər. Burada onlar özlərini əsl pit-stop texnikləri kimi hiss edə, gözəl musiqiyə qulaq asa, ilin ilk əsl bahar günəşindən həzz ala bilərlər.
Qeyd edək ki, bu axşam Formula-1 sevərləri britaniyalı ulduz Cessi Ceyin (Jessie J) konserti də gözləyir.