BAKI, 27 aprel — Sputnik. Bu il 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərin imtahan nəticələri sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ləğv edilib.
Qeyd edilib ki, aprelin 7-də keçirilən buraxılış imtahanlarında imtahan başa çatdıqdan sonra sual kitabçasının fotoşəkilinin sosial şəbəkələrdə yayılması ilə əlaqədar ilkin araşdırmanın nəticəsi bəllidir, növbəti həftənin birinci günü bununla bağlı ətraflı məlumat veriləcək.