CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağa baxarsan, bağ olar, baxmazsan... – Bakıda daha bir parkı gözdağına çevirirlər

© Sputnik / Irade JELILXətai rayonu Sadıqcan küçəsində bir zamanlar piknik ərazisi olan bağ
Xətai rayonu Sadıqcan küçəsində bir zamanlar piknik ərazisi olan bağ - Sputnik Azərbaycan
Abunə olmaq
Xətai Rayon İcra Hakimiyyətindən bildirdilər ki, məsələyə baxılacaq və müvafiq tədbirlər görüləcək

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Deyirlər, "bağa baxarsan, bağ olar, baxmazsan dağ". Xətai rayonu Sadıqcan küçəsində də, belə bir vəziyyət yaşanır. Böyük bir ərazini əhatə edən bağ, sakinlərin zibilliyinə çevrilib. Elə şikayəti də edən də sakinlər özləridir.

Deyirlər ki, onların "piknik" ərazisi zibillənir. Kim edir, necə edir? Bundan da heç kimin xəbəri yoxdur. Sputnik Azərbaycan-ın əməkdaşı da bu məsələyə aydınlıq gətirmək üçün ərazidə olub, sakinlərlə danışıb.

© Sputnik / Irade JELILXətai rayonu Sadıqcan küçəsində bir zamanlar piknik ərazisi olan bağ
Bağa baxarsan, bağ olar, baxmazsan... – Bakıda daha bir parkı gözdağına çevirirlər - Sputnik Azərbaycan
Xətai rayonu Sadıqcan küçəsində bir zamanlar piknik ərazisi olan bağ

Sakinlərin sözünə görə, bura əvvəl daha sıx ağaclar bitən bağ olub. Zeytun, şam, küknar ağaclarının kölgəliyi bütün Əhmədli və digər ərazilərin sakinlərinin "piknik" ərazisi kimi məşhur imiş. Sonradan ərazidə müəyyən qazıntı işləri aparılıb. Sakinlərin bağa avtomobillə getmələrinin qarşısını almaq üçün bağa olan cığır da bağlanılıb.

Ərazidə ailəsi ilə "piknik" edən Samir Əhmədov iddia edir ki, burada da çoxmərtəbəli bina tikiləcək. Elə bu səbəbdən də bağı yavaş-yavaş məhv edilər ki, həm ərazi ağaclardan təmizlənsin, həm də ağacların bilərəkdən məhv edilməsi göz önündə olmasın: "Əvvəl buralar sıx yaşıllıq idi. İndi ağaclar da seyrəlib. Geniş ərazidir. Kimsə deyə bilməz ki, nə qədər ağac var idi, nə qədəri məhv edilib. Hər şey bir kənara, gətirib bura zibil də tökürlər. Bəs biz harada dincəlməliyik? Bunu heç kim düşünmür".

© Sputnik / Irade JELILXətai rayonu Sadıqcan küçəsində bir zamanlar piknik ərazisi olan bağ
Bağa baxarsan, bağ olar, baxmazsan... – Bakıda daha bir parkı gözdağına çevirirlər - Sputnik Azərbaycan
Xətai rayonu Sadıqcan küçəsində bir zamanlar piknik ərazisi olan bağ

Şikayətçi hesab edir ki, bura zibili ətraf binaların sakinləri gətirib tökür.

Sakin Abdulla Abbasovun sözlərinə görə, bu bağ bütün Əhmədli, Günəşli və ətraf ərazi sakinlərinin istirahət etdiyi məkan olub. Abbasov bildirir ki, ərazini zibilləyənlər elə "piknik"ə gələnlərin özüdür: "Gəlib istirahət edirlər, sonra da zibillərini töküb gedirlər. Heç kim arxasınca olduğu yeri yığışdırmır, heç kim zibilini götürmür. Bağa da nəzarət edən yoxdur ki, zibilini götürməyənin yaxasından yapışsın ki, necə zibilləmisən, elə də təmizlə".

Bir tərəfdə qida qalıqları, digər tərəfdə inşaat materiallarının zibilliyə çevirdiyi bağ dincələnlərlə yanaşı uşaqların da oyun meydançasıdır.

© Sputnik / Irade JELILXətai rayonu Sadıqcan küçəsində bir zamanlar piknik ərazisi olan bağ
Bağa baxarsan, bağ olar, baxmazsan... – Bakıda daha bir parkı gözdağına çevirirlər - Sputnik Azərbaycan
Xətai rayonu Sadıqcan küçəsində bir zamanlar piknik ərazisi olan bağ

Ancaq təəssüflər olsun ki, bağın hazırkı vəziyyəti xoşagələn deyil. Yəni belə davam edərsə, çox getməz bağ hamının göz dağına çevrilə bilər.

Bəs bağ niyə belə baxımsız vəziyyətə düşüb? Bu sualla Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik.

Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir müddət əvvəl Cavanşir 9 ünvanda yerləşən park təmir edilib və sakinlərin istifadəsinə verilib.

© Sputnik / Irade JELILXətai rayonu Sadıqcan küçəsində bir zamanlar piknik ərazisi olan bağ
Bağa baxarsan, bağ olar, baxmazsan... – Bakıda daha bir parkı gözdağına çevirirlər - Sputnik Azərbaycan
Xətai rayonu Sadıqcan küçəsində bir zamanlar piknik ərazisi olan bağ

Qeyd edilən ünvanla bağlı isə İmanov bildirdi ki, məsələyə baxılacaq və müvafiq tədbirlər görüləcək.

Vəssalam...

Xəbər lenti
0