Trassın son testləri keçirilir, mexaniklər bolidlərin yığımını tamamlayır, tamaşaçılar isə pit-leyndə gəzişmək imkanı verilib.
Bakı yenidən dünyanın yüksək sürət həvəskarlarının diqqət mərkəzindədir. Artıq dördüncü ildir ki, Azərbaycanın paytaxtı dünyanın ən nüfuzlu avtomobil idmanı yarışlarını - Formula 1 Azərbaycan Qran-Prisini qəbul edir.
Starta sayılı saatlar qalıb. Trekin son hazırlıqları gedir. Tamaşaçılar isə bu gün treki gəzmək və pit-leynə düşmək, orada maraqlı selfilər çəkdirmək, hətta sevimli komandanın pilotlarından avtoqraf almaq imkanı qazanıblar.
Formula 1-in Bakı mərhələsi 26-28 aprel tarixlərində baş tutacaq.
2016-cı ildə Azərbaycanda ilk dəfə keçirilən "Formula-1" mövsümünün qalibi Niko Rozberq olmuşdu. Yarışın ikinci ilinin qalibi Red Bull komandasından Daniel Rikkardo idi. 2018-ci il treki isə Mersedes komandasının pilotu Lyuis Hamiltonun qələbəsi ilə tamamlanıb. Bu ilin qəhrəmanı kim olacaq, onu tezliklə biləcəyik.