Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azaraq Ermənistana keçən azərbaycanlı əməliyyat olundu

© Sputnik/ Tabıldı KadırbekovQırğızıstanda xəstəxana
Qırğızıstanda xəstəxana - Sputnik Azərbaycan
Abunə olmaq
Açıq cərrahiyyə əməliyyatı nəticəsində onun mədəsində olan yad cisim çıxarılıb

BAKI, 26 aprel — Sputnik. Ermənistanda girov saxlanılan Azərbaycan vətəndaşı, Qazaxın Yuxarı Salahlı kənd sakini İbrahimov Elvin Arif oğlu Erebuni tibbi mərkəzində əməliyyat olunub. 

© ORDUAzaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimov
Azaraq Ermənistana keçən azərbaycanlı əməliyyat olundu - Sputnik Azərbaycan
Azaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimov

Sputnik Azərbaycan "News.am"a istinadən xəbər verir ki, Elvinin tibbi müayinədən keçirilib və onun təcili əməliyyat olunması barədə qərar qəbul edilib. 

O, mədəsindən əməliyyat olunub. Açıq cərrahiyyə əməliyyatı nəticəsində onun mədəsində olan yad cisim çıxarılıb.

Məlumatda vurğulanır ki, əməliyyat Ermənistanın Ədliyyə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin əməkdaşlıq şəraitində həyata keçirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda bildirilib ki, E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.

Xəbər lenti
0