Azərbaycanın xalq artisti Moskvada vəfat etdi

© Sputnik / Vasily Malyshev / Mediabanka keçidАртистка Академического Малого театра ССР, народная артистка РСФСР Элина Быстрицкая
Артистка Академического Малого театра ССР, народная артистка РСФСР Элина Быстрицкая - Sputnik Azərbaycan
Abunə olmaq
Bıstritskaya ilə vida mərasiminin vaxtı və dəfn yeri daha sonra elan ediləcək

BAKI, 26 aprel — Sputnik. Azərbaycanın və SSRİ-nin xalq artisti Elina Bıstritskaya 91 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Malıy teatrın" mətbuat xidməti məlumat yayıb.

Anjelina Coli - Sputnik Azərbaycan
Məşhur aktrisa haqqında ilginc iddia

Qeyd olunur ki, son illər aktrisa ağır xəstəlikdən əziyyət çəkib. Bıstritskaya ilə vida mərasiminin vaxtı və dəfn yeri daha sonra elan ediləcək.

Elina Avraamovna Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə anadan olub. Tibb Texnikumunda, bir müddət Pedaqoji İnstitutun filologiya fakültəsində, daha sonra Kiyev Dövlət Teatr Texnikumunda (1953) təhsil alıb. Vilnüs Rus Dram Teatrında (1953-1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956-1958), Malıy Teatrda (1958) çalışıb. 1979-cu ildən A.Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğuldur. 1950-ci ildən kinoya çəkilib. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib.

Ana və Uşağın Sağlamlığının Müdafiəsi Beynəlxalq Fondunun vitse prezidenti, "Stabil Rusiya" siyasi təşkilatının fəal üzvlərindən olub. "Mədəniyyət və İncəsənətə Dəstək" Fondunun təsisçisi, Azərbaycanın, Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının xalq artisti idi (1966). O, 1991-ci ildə rejissoru Rasim Ocaqovun olduğu "Qətldən yeddi gün sonra" filmində də çəkilib.

Xəbər lenti
0