Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiyadan diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub

© Sputnik / Varvara Gertye / Mediabanka keçidРегионы России. Ивановская область
Регионы России. Ивановская область - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb

BAKI, 26 aprel — Sputnik. Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Rusiya Federasiyasının bəzi ərazilərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Sputnik Azərbaycan-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisində Nyukasl xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində və Stavropol diyarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan Respublikasının ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub .

Xəbər lenti
0