“Dünyanın bütün diqqəti Koreya yarımadasındakı vəziyyətə yönəlib. Düşünürəm ki, biz bu məsələ ilə bağlı qiymətləndirmə və fikir mübadiləsi aparacağıq və bunu birlikdə həll etməyin yollarına dair çox əhəmiyyətli danışıqlar aparacağıq”. Bunu Rusiyada səfər zamanı Vladimir Putinlə keçirilən görüşdə Şimali Koreya prezidenti Kim Çen In deyib.
Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimov Sputnik Azərbaycan-a deyir ki, KXDR lideri 7 illik hakimiyyəti ərzində ilk dəfədir Rusiya prezidenti ilə görüşür:
“Bu görüş çoxdan gözlənilirdi. Düşünürəm ki, görüşlər zamanı mühüm iqtisadi məsələlər müzakirə olunacaq. KXDR iqtisadi əlaqələrin inkişaf etdirilməsinə çalışır, həmçinin ABŞ sanksiyalarının ləğv olunmasına nail olmaq istəyir. Bu baxımdan Rusiyadakı görüşlər ABŞ üçün mesaj ola bilər”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz