Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Fəxrəddin Manafov mərhum aktrisa ilə əlaqəsindən danışdı: Onunla işləmək xoşbəxtlik idi

© RealpressФахраддин Манафов
Фахраддин Манафов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın xalq artisti Elina Bıstritskayanın vəfatından sonra onunla olan xatirələrini anladıb

Kəmalə Əıiyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Elina Bıstritskaya kimi böyük aktrisa ilə işləmək xoşbəxtlik idi. Bunu Sputnik Azərbaycan-a Azərbaycanın xalq artisti Fəxrəddin Manafov SSRİ xalq artistinin vəfatı barədə xəbəri eşidəndən sonra deyib.

Əfsanəvi aktrisa aprelin 26-da uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Fəxrəddin Manfovun Bıstritskaya ilə bağlı ən parlaq xatirələri qalıb. Ona hətta Azərbaycanın xalq artisti Rasim Ocaqovun çəkdiyi "Qətldən yeddi gün sonra" məşhur detektiv dramında birlikdə çəkilmək xoşbəxtliyi müyəssər olub.

"Rasim Ocaqov sayəsində mənə Rusiyanın bir çox əfsanəvi kino və teatr aktyorları ilə birlikdə işləmək nəsib olub ki, onlardan biri də Elina Bıstritskaya idi. Həmin filmdə möhtəşəm aktyor Yuri Yakovlev də çəkilib. Xoşbəxtəm ki, mənim yaradıcılıq yolum belə şəxsiyyətlərlə bağlıdır. Məndə onlarla bağlı yalnız isti xatirələr qalıb. O, öz işinin ustası, möhtəşəm insan idi. Bu nəhəng aktrisanın çəkildiyi filmləri unutmaq mümkün deyil. Biz hamımız onun filmləri ilə böyümüşük" - deyə Manafov bildirib.

Xalq artistinin sözlərinə görə, Elina Bıstritskaya öz oyununda ilham alırdı. Ona görə də onunla işləmək bir növ zövq və xoşbəxtlik idi.

"Böyük aktrisanın işıqlı xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Təəssüf ki, Elina Bıstritskaya kimi əfsanələr həyatdan köçür" - deyə Manafov bildirib.

Xatırladaq ki, Azərbaycanın məşhur rejissoru Rasim Ocaqovun"Qətldən yeddi gün sonra" filmi 1991-ci ildə çəkilib. Orada həmçinin Tatyana Lyutayeva, Olqa Bulanova, Donatas Banionis, Aleksey Bloxin, Viktor Proskurin, Vladimir Qostev, İvars Puqa və digər aktyorlar çəkilib.

© © F. Manafovun şəxsi arxivindən"Qətldən yeddi gün sonra" filmindən kadr
Qətldən yeddi gün sonra filmindən kadr - Sputnik Azərbaycan
1/5
"Qətldən yeddi gün sonra" filmindən kadr
© © F. Manafovun şəxsi arxivindən"Qətldən yeddi gün sonra" filmindən kadr
Qətldən yeddi gün sonra filmindən kadr - Sputnik Azərbaycan
2/5
"Qətldən yeddi gün sonra" filmindən kadr
© © F. Manafovun şəxsi arxivindən"Qətldən yeddi gün sonra" filmindən kadr
Qətldən yeddi gün sonra filmindən kadr - Sputnik Azərbaycan
3/5
"Qətldən yeddi gün sonra" filmindən kadr
© © F. Manafovun şəxsi arxivindən"Qətldən yeddi gün sonra" filmindən kadr
Qətldən yeddi gün sonra filmindən kadr - Sputnik Azərbaycan
4/5
"Qətldən yeddi gün sonra" filmindən kadr
© © F. Manafovun şəxsi arxivindən"Qətldən yeddi gün sonra" filmindən kadr
Qətldən yeddi gün sonra filmindən kadr - Sputnik Azərbaycan
5/5
"Qətldən yeddi gün sonra" filmindən kadr
1/5
"Qətldən yeddi gün sonra" filmindən kadr
2/5
"Qətldən yeddi gün sonra" filmindən kadr
3/5
"Qətldən yeddi gün sonra" filmindən kadr
4/5
"Qətldən yeddi gün sonra" filmindən kadr
5/5
"Qətldən yeddi gün sonra" filmindən kadr

Elina Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə yəhudi ailəsində anadan olub. Tibb Texnikumunda, bir müddət Pedaqoji İnstitutun filologiya fakültəsində, daha sonra Kiyev Dövlət Teatr İncəsənəti İnstitutunda təhsil alıb. Vilnüs Rus Dram Teatrında (1953-1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956-1958), Malıy Teatrda (1958) çalışıb. 1979-cu ildən A.Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğul olub. 1950-ci ildən kinoya çəkilib. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib.

Ana və Uşağın Sağlamlığının Müdafiəsi Beynəlxalq Fondunun vitse prezidenti, "Stabil Rusiya" siyasi təşkilatının fəal üzvlərindən olub. "Mədəniyyət və İncəsənətə Dəstək" Fondunun təsisçisi, Azərbaycanın, Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının xalq artisti idi (1966).

Aktrisa "Sakit günlərdə" filmində Lena Alekseyenko rolu ilə debüt edib. Lakin Bıstritskayanın incəsənətdə əsas yolu özünün də etiraf etdiyi kimi Sergey Gerasimovun "Sakit Don" kinoepopeyasındakı Aksinya rolu ilə başlayıb. "Sakit Don"dan sonra aktrisa digər məşhur film "Könüllülərdə" çəkilib və bu film onu şöhrətin zirvəsinə çatdırıb.

Xəbər lenti
0