CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın məşhur kafesində araşdırma aparıldı, nöqsanlar aşkarlandı

© © QTA-nin mətbuat xidməti“Kafe Park” restoranı
“Kafe Park” restoranı - Sputnik Azərbaycan
Abunə olmaq
Sahibkara qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirməli olduğu konkret tədbirlər barədə məlumat verilib

BAKI, 25 aprel — Sputnik. Bir neçə gün öncə mediada Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Kafe Park” restoranında pişiyin dönər aparatından asılan əti yeməsini əks etdirən görüntülər yayılmışdı. Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq bu məsələ aidiyyəti üzrə araşdırılıb.

© © QTA-nin mətbuat xidməti“Kafe Park” restoranı
Paytaxtın məşhur kafesində araşdırma aparıldı, nöqsanlar aşkarlandı - Sputnik Azərbaycan
“Kafe Park” restoranı

Araşdırmalar zamanı sözügedən ictimai-iaşə obyektinə baxış keçirilib. Baxış zamanı kafenin həyətində yüngül metal konstruksiyadan tikilmiş dönər bişirmə sahəsi və 40 nəfər üçün nəzərdə tutulmuş yemək qəbulu zalının və emal sahəsinin texniki-normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub.

Baxış zamanı ictimai-iaşə müəssisəsində müxtəlif növ un məmulatlarının (qutab və peraşkilərin) hazırlanmasında istifadə olunan xammalların saxlanma şəraiti və emalının normativ qaydalara uyğun aparılmadığı və sanitar-gigiyenik qaydaların tələblərinə cavab vermədiyi təsdiqini tapıb.

© © QTA-nin mətbuat xidməti“Kafe Park” restoranı
Paytaxtın məşhur kafesində araşdırma aparıldı, nöqsanlar aşkarlandı - Sputnik Azərbaycan
“Kafe Park” restoranı

Bütün bunları nəzərə alaraq qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektinin fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar verilib. Sahibkara qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirməli olduğu konkret tədbirlər barədə məlumat verilib.

Xəbər lenti
0