SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Niderland səfiri Qarabağ probleminin həllinə dair fikirlərini bölüşdü

© Sputnik / Rashad KeremogluAzərbaycandakı səfiri Onno Kervers
Azərbaycandakı səfiri Onno Kervers  - Sputnik Azərbaycan
Abunə olmaq
Səfir Onno Kervers ümidli danışıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. "Niderland Krallığı olaraq biz Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Niderlandın Azərbaycandakı səfiri Onno Kervers bildirib.

Örl Litsenberger - Sputnik Azərbaycan
SİYASƏT
Səfir: “Dağlıq Qarabağla bağlı dialoqun davam etdirilməsini gözləyirik”

"Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri Nikol Paşinyan, həmçinin hər iki ölkənin xarici işlər nazirləri arasında baş tutan görüşlər ümidvericidir. Biz düşünürük ki, bu cür görüşlər gələcəkdə bu faciəvi münaqişənin real həllinə öz töhfəsini verəcək", - deyə səfir bildirib.

Qeyd edək ki, aprelin 15-də Moskvada baş tutan görüşdə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri, girovların yaxınlarının onları ziyarət etməsinə dair tədbir görməklə bağlı razılığa gəliblər.

"Tərəflər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı bundan sonra da sabitlikdə maraqlı olduqlarını təsdiqləyiblər. Tərəflər, həmçinin hər iki ölkədə saxlanılan məhbusların yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəlib. Nazirlər insanlar arasında əlaqələrin yaranması, həmçinin media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduqlarını bildiriblər" - deyə Rusiya XİN-in görüşün yekunlarına dair yaydığı bəyanatda bildirilib.

Xəbər lenti
0