BAKI, 25 aprel — Sputnik. ABŞ-ın keçmiş vitse-prezidenti Co (Cozef) Bayden 2020-ci ildə Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, internetdə yayımlanan müraciətində o bəyan edib ki, Amerika xalqının ruhu uğrunda mübarizə aparacaq.
"Əgər biz Donald Trampa 8 il Ağ Evdə olmağa imkan versək, o, xalqın xarakterini həmişəlik dəyişəcək", - deyə mənbə bildirib.
Artıq bu gün Bayden Filadelfiyada prezident seçkilərində iştirak üçün vəsait yığımı üzrə ilk tədbiri keçirəcək.
Qeyd edək ki, Co Baydenin hazırda 76 yaşı var. Demokrat partiyasının üzvüdür. O, 35 il (1973 -2009) Delaver ştatını təmsil edib. 2009-2017-ci illərdə Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın vitse-prezidenti olub.