Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verib

© Photo : pixabay / Free-PhotosЧеловек, работающий с документами
Человек, работающий с документами  - Sputnik Azərbaycan
Abunə olmaq
Onun hansı səbəbdən işindən ayrılması məlum deyil

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) baş direktoru Ülvi Mirzəyev işindən ayrılıb. Bu barədə Sputnik Azərbaycan-a MNX-dan məlumat verilib.

Bildirilib ki, baş həkimin hansı səbəbdən işindən ayrılması məlum deyil: "O, öz ərizəsi ilə işdən ayrılıb".

Qeyd edək ki, Ülvi Mirzəyev ixtisasca kardioloqdur. O, ötən ilin oktyabrında Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə bu vəzifəyə təyin edilmişdi.

Xəbər lenti
0