Yetmiş yeddi il öncə yoxa çıxmışdı, indi tapıldı

CC0 / Sascha Thiele / oceanOkean, arxiv şəkli
Okean, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Komandanın sonuncu üzvü 2012-ci ildə dünyasını dəyişib

BAKI, 24 aprel — Sputnik. Dəniz arxeoloqları 1942-ci ildə bir yapon torpedosu tərəfindən vurularaq, yeri o vaxtdan naməlum olan Avstraliyanın SS İron Crown yük gəmisini aşkarlayıb.

Sputnik Azərbaycan xarici mətbuta istinadla xəbər verir ki, gəmi qəzasının yeri Avstraliyanın Viktoriya ştatının 100 kilometrliyində aşkar edilib. "SS İron Crown" gəmisinin uzunluğu 100 metrdir. Gəmi 700 metr dərinlikdə batıb. Araşdırmaçıların sözlərinə görə, gəminin gövdəsinin çox hissəsi yaxşı qalıb. Gəmi 60 saniyəyə batıb. Və bu zaman 38 nəfər ölüb. Buna baxmayaraq, 5 nəfər heyət üzvü sağ qalıb. Komandanın sonuncu üzvü 2012-ci ildə dünyasını dəyişib.

Cənubi Avstraliyadan Yeni Cənubi Uelsə gedən gəminin yeri 77 ildir ki naməlum idi.

Xəbər lenti
0