BAKI, 24 aprel — Sputnik. Şri-Lankada bazar günü törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 359-a çatıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, terror aktları nəticəsində 520 nəfər də xəsarət alıb.
Şri-Lanka rəhbərliyi aprelin 23-ünü terror aktları ilə bağlı matəm günü elan edib. Ölkədə fövqəladə vəziyyət elan olunub. Baş verən terror aktlarına görə məsuliyyəti "Milli Tavhid-Camaatı" adlı qruplaşma öz üzərinə götürüb.
Qeyd edək ki, bazar günü Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib.