CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili “Biçarə şəhər” dedi, “Köçəri şəhər” fəryadı etdi

© Sputnik / Murad OrujovИчери-шехер. Крепостная стена
Ичери-шехер. Крепостная стена - Sputnik Azərbaycan
Abunə olmaq
“İçərişəhər də təqribən ağaclara bənzər formada əridilir. Halbuki, bu tarixin nadir incisinə toxunmaq olmaz, bir daşını da cızmaq, sındırmaq olmaz”

BAKI, 24 aprel — Sputnik. "İçərişəhərdə qala divarlarının bir hissəsini söküb kafe tikirlər. Keçmiş Sovetskidə tarixi abidələrin bəzilərini uçurdurlar. Tanınmış şəxsiyyətlərin yaşadığı evləri ortadan qaldırırlar... Hər gün bu cür neqativ informasiyanın içində üzməyimizə rəğmən, bugünkü insana olan biganəliyimizi tarixin daşlarına da qarşı davam etdiririk. Burada ən acınacaqlısı da odur ki, ictimai qınağı nəzərə almaq barədə bu işi görənlərin heç biri düşünmək istəmir".

Nazirlər Kabineti - Sputnik Azərbaycan
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun səlahiyyəti artırıldı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, mərhum Vaqif Səmədoğlu əlli il öncənin sökhasökünə məruz qalan İçərişəhəri "Biçarə şəhər" adlandırırdı. İndisə yalnız biçarə qalan İçərişəhər deyil, bizlər hamımızıq: "Yəni hər hansı bir zərərli tendensiyanı dayandırmaq imkanımız yox. Çünki qanundan öncə qaydalar işləyir və qanun qaydanı özünə tabe etdirə bilmir. Xatırlayırsınızsa, Yasamal rayonunda 20 yanvar metrosuna yaxın ərazidə ağacların dibinə kimyəvi turşu tökmüşdülər, hamısı bir neçə günün içində məhv edildi. Başqa yerlərdə də baş verən ağac qətliamına son qoymaq imkanımız yoxdur. Yəni İçərişəhər də təqribən ağaclara bənzər formada əridilir. Halbuki, bu tarixin nadir incisinə toxunmaq olmaz, bir daşını da cızmaq, sındırmaq olmaz.

Biçarə şəhər...İçəri şəhər... Bir azdan da Köçəri şəhər".

Xəbər lenti
0