CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar da bizim günümüzə düşdülər – Daha heç bir güzəşt olmayacaq

© Sputnik / Anar MustafayevКвитанции за коммунальные услуги и азербайджанские манаты различного номинала, фото из архива
Квитанции за коммунальные услуги и азербайджанские манаты различного номинала, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzi büdcə təşkilatlarında sayğaclar olmadığı üçün kommunal xidmətdən istifadəyə nəzarətin həyata keçirilməsi mümkün olmurdu"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Nazirlər Kabineti "Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası"nı təsdiq edib. Bu qayda növbəti büdcə ilində istehlakçının normal iş fəaliyyətinin təmin edilməsi üçün zəruri hesab olunan kommunal xidmətlərin limitlərinin vaxtında müəyyən edilməsini, istehlakçı tərəfindən kommunal xidmətlərin limit daxilində istehlakına nəzarəti və limitdən artıq istifadəyə yol verilməməsini və istehlakçı tərəfindən kommunal xidmətlərin istehlakı barədə hesabatın təqdim edilməsini müəyyən edir.

Kommunal xidmət qəbzləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kommunal xidmətlərdə yeni limitlər tətbiq ediləcək

Ekspertlər büdcə təşkilatlarında kommunal xidmətlərin istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi məsələsini Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, bəzi büdcə təşkilatlarında sayğaclar yox idi: "Sayğaclar olmadığı üçün həmin büdcə təşkilatlarında kommunal xidmətdən, eləcə də elektrik enerjisindən istifadəyə nəzarətin həyata keçirilməsi praktiki olaraq mümkün olmurdu. Bəzi hallarda həmin büdcə təşkilatları daha çox kommunal xidmətdən istifadə edirdi, amma sayğac olmadığı üçün bunun hesablanması mümkün deyildi. Bu da istifadə olunmuş kommunal xidmətin haqqının ödənilməməsinə gətirib çıxardırdı və itki demək idi. Haqqın ödənilməməsi kommunal xidmət göstərən müəssisələrin fəaliyyətinə mənfi təsir göstərirdi".

O bildirib ki, bu baxımdan sayğacların quraşdırılmasına ehtiyac var idi: "Nazirlər Kabinetinin bu qərarı sayğacların quraşdırılması və istehlak olunan kommunal xidmət haqqının hesablanması və ödənilməsinə nail olunması məqsədi daşıyır".

Ekspert qeyd edib ki, bəzi büdcə qurumları isə sayğaclar çərçivəsində kommunal xidmətdən istifadə edirdi, amma haqqını ödəmirdi: "Nəticədə kifayət qədər böyük borclar yığılırdı. Bu baxımdan hər bir büdcə təşkilatının tələb və maliyyə imkanına uyğun olaraq limitlərin müəyyənləşdirilməsi və kommunal xidmətlə təmin edilməsinə ehtiyac var. Çünki limitlərin müəyyənləşdirilməsi nəticə etibarilə istifadə olunmuş kommunal xidmət haqqının ödənilməsinə nail olunması baxımından vacibdir. Bu, imkan verir ki, istifadə olunmuş kommunal xidmət haqqının limitlər çərçivəsində alınması mümkün olsun".

Onun sözlərinə görə, limitlərə yenidən baxılmasının məqsədi büdcə təşkilatların tələb və maliyyə imkanına uyğun olaraq limitlərin müəyyənləşdirilməsidir: "Çünki təşkilatlar istifadə etdiyi kommunal xidmət haqqını ödəmək imkanına malik olsun və iri borclar yaranmasın. Kommunal xidmət göstərən müəssisələr ilə bəzi büdcə təşkilatları arasında ciddi borclar var və hətta bəzi borcların geri alınması mümkün deyil. Ona görə də limitlərin müəyyənləşdirilməsində məqsəd məhz hər bir büdcə təşkilatının tələb və maliyyə imkanına uyğun olaraq kommunal xidmətin təklif olunması və istehlak edilən kommunal xidmətin haqqının büdcəyə alınmasının təmin edilməsidir".

Милли Меджлис Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputatlar kommunal problemləri həll ediblər

Enerji məsələləri üzrə ekspert İlham Şaban da deyib ki, bu sahədə qaydalar bərbad idi və bu da dövlətin resurslarından çox səmərəsiz istifadəyə gətirib çıxarırdı: "Hazırda hökumət bunları qaydaya salmaq niyyətindədir. Digər tərəfdən, kommunal xidmət göstərən müəssisələr əhalinin nə qədər istehlak etməsi və ödənişi ilə bağlı məlumatlar yayır. Ən azı rübdə bir dəfə bu məlumatlara rast gəlirik. Ancaq büdcə təşkilatlarının sərfiyyatı və ödəmələri ilə bağlı məlumatlara rast gəlmirik".

Qeyd edək ki, qərara görə, kommunal xidmət göstərən müəssisələr 2 ay müddətində büdcə təşkilatları ilə birlikdə nəzərdə tutulan siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan obyektlərin siyahısını tərtib edərək, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Qərara əsasən, "Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında" Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli qərarı ləğv edilib.

Qaydada deyilir ki, büdcə təşkilatlarının müvafiq vəzifəli şəxsləri kommunal xidmətlərə olan tələbatın müəyyən olunmuş limitlərə uyğunlaşdırılmasını təmin etməli və həmin limitdən artıq kommunal xidmətlərdən istifadəsinə yol verilməməli, kommunal xidmətlərin istehlakı haqqını (limit nəzərə alınmaqla) vaxtında ödəməlidir.

Xəbər lenti
0