SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Azərbaycan-İsrail münasibətləri daha yüksək keyfiyyət müstəvisinə qalxacaq”

© Sputnik / Murad Orujovpolitoloq Sahil İsgəndər
politoloq Sahil İsgəndər - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Sahil İsgəndər deyir ki, müxtəlif mövzulardakı fikir ayrılıqları Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməyəcək
Sahil İsgəndər: “Münasibətlərimizin əsasında strateji maraqlar dayanır”

“İsraildə keçirilmiş parlament seçkilərində hakim partiyanın yenidən qələbə qazanması Azərbaycan-İsrail münasibətlərinin keyfiyyətində müsbət dyişikliklər yaradacaq”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilmiş tədbirdə politoloq Sahil İsgəndər deyib.

Politoloq bildirib ki, bundan sonra münasibətlərimiz daha yüksək keyfiyyət müstəvisinə qalxacaq: “Azərbaycandan İsrailə köçən insanların faəliyyəti ikitərəfli münasibətlərimizin formalaşmasına və inkişafına müsbət təsir göstərir. O cümlədən, münasibətlərin dərinləşməsində və inkişafında ölkələrin geosiyasi və strateji maraqları dayanır. Müxtəlif mövzulardakı fikir ayrılıqları Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməyəcək”.

Qeyd edək ki, aprelin 9-da İsraildə keçirilən növbədənkənar parlament seçkilərində Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ partiya “Likud” qalib olub.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0