CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili qaz limitindən danışdı: "Düzgün deyil"

© pixabay / Photo MixГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram”

BAKI, 23 aprel — Sputnik. Bu gün Milli Məclisdə millət vəkili Fazil Mustafa əhalinin istehlak etdiyi qaza qoyulan limitlə bağlı məsələni gündəmə gətirib. Sputnik Azərbaycan xəbər verib ki, bu barədə millət vəkili öz "Facebook" səhifəsində yazıb.

© Sputnik / Murad OrujovFazil Mustafa
Millət vəkili qaz limitindən danışdı: Düzgün deyil - Sputnik Azərbaycan
Fazil Mustafa

"Əhalinin müxtəlif təbəqələrindən aldığım şikayətlərə reaksiya verərək əhalinin istehlak etdiyi qaza qoyulan limitə yenidən baxılmasının vacibliyini vurğuladım. Burada limitin 1700 kubmetrdən 2 dəfə qaldırılaraq 3.400 kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verərdi. Tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram. Hamının imkanları eyni olmadığı üçün biz birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqlarını nəzərə almalıyıq. Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər. Bu xalqımızın sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir" – deyə F. Mustafa qeyd edib.

Xəbər lenti
0