Dövlət Departamentindən iddia: "Hizbullah" Azərbaycanda aktivləşib

© AFP 2024 / Paul J. RichardsГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ "Hizbullah"ın bir sıra öləkələrdə aktivləşdiyini iddia edib

BAKI, 23 aprel — Sputnik. "Livanın hərbi təşkilatı və siyasi partiyası olan "Hizbullah" bir sıra ölkələrdə fəaliyyət göstərir, onun təsir sahəsi Yaxın Şərqlə məhdudlaşmır". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə koordinatoru Natan Seyls bildirib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo - Sputnik Azərbaycan
Böyük Britaniya "Hizbullah"ı terror təşkilatları siyahısına daxil edib

"Hizbullah" şəbəkəsi Yaxın Şərqlə məhdudlaşmır... "Hizbullah"-ın aktivliyi ötən illər ərzində Azərbaycan, Bolqarıstan, Kipr, Nigeriya, Peru və Tailand kimi ölkələrdə görülüb" - deyə Seyls vurğulayıb.

Qeyd edək ki, “Hizbullah” (ərəbcə - Allahın ordusu) Livanda üzvləri həm mülki şəxslərdən, həm də silahlı qanadı olan şiə inanclı insanların partiyasıdır.

“Hizbullah” İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaradılıb. Partiyanın hazırkı rəhbəri Seyid Həsən Nəsrullahdır.

Xəbər lenti
0