BAKI, 23 aprel — Sputnik. Birləşmiş Ştatların Federal Təhqiqatlar Bürosu (FTB) 1945-ci ildə Almaniyanın İkinci Dünya Müharibəsində məğlub olmasından sonra Adolf Hitlerin Argentinaya qaçması versiyasını nəzərdən keçirib. Sputnik Azərbaycan xəbər verir ki, FTB bununla bağlı gizli sənədləri açıqlayıb.
Belə ki, Büronun əməkdaşlarından biri mərkəzi ofisə məsələ ilə bağlı məlumat ötürüb. İddiaya görə, nasistlərin lideri sualtı qayıqla Argentinaya çatıb və onu orada 6 yüksək vəzifəli argentinalı məmur qarşılayıb. Ona And dağlarının cənub hissəsində sığınacaq – ranço bağışlayıblar.
Qeyd olunur ki, bu məlumatlar FTB direktoru Edqar Quverə də çatıb, lakin büro rəhbəri məlumatın "tam olmadığı" qənaətinə gəlib. O, bu məlumatlar əsasında Hitlerin axtarışlarının davam etdirilməsinin mümkün olmadığını bildirib.
İlk məruzə 21 sentyabr 1945-ci ildə edilib. Adolf Hitler 30 aprel 1945-ci ildə özünə sui-qəsd edib.