SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN KİV-də yayılmış məlumatı təkzib etdi

© AFP 2023 / PAUL ELLISAvropa İttifaqının bayrağını əks etdirən çətir
Avropa İttifaqının bayrağını əks etdirən çətir - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Mayın 13-ü Avropa İttifaqı ilə sazişin imzalanması nəzərdə tutulmayıb – XİN

BAKI, 23 aprel — Sputnik. "Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz bu ilin may ayının 13-də imzalanması nəzərdə tutulmayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

"Çünki, ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir", - XİN rəsmisi əlavə edib.

Xatırladaq ki, bu gün bir sıra media orqanlarında parlamentin spikeri Oqtay Əsədova istinadən Azərbaycanla Avropa İttifaqı arasında sazişin may ayının 13-də imzalanacağı barədə xəbərlər getmişdi.

Xəbər lenti
0