Hüseyn Hədisov üçün yararsız dəmir parçası deyilən məfhum mövcud deyil. O, artıq çoxdan onlara ikinci həyat bəxş etməyi öyrənib. Kənd həyatında gündəlik ağır işləri asanlaşdırmaq üçün özü yeni texnika icad edir və təkmilləşdirir.
Bu alətlərdən biri fındıq sındırandır. “Onun üçün pul xərcləməmişəm. Yarasız dəmir parçalarından hazırlanıb. Hal-hazırda onunla qoz sındırmaq olmur. Amma gələcəkdə onu daha da təkmilləşdirmək və mühərrik qoşmağı düşünürəm” – deyə həmsöhbətimiz bildirib.
Digər icad taxıl üyüdən aparatdır. 400 manat xərci olan bu icad kəndlilərin işini olduqca asanlaşdırıb. Əvvəlcə dəyirmana müraciət etməli olduqları halda, bu alət həm onların vaxtına qənaət edir, həm də itki azalır.
Hüseyn Hədisovun bölgə müxbirimizə göstərdiyi ən son icad izə 2 ton daşıya bilmə qabiliyyətinə malik motosikletdir. İstifadəyə yararsız motosikletdən qurulan bu yeni təkmilləşmiş modeli hazırlayarkən qəhrəmanımız 5 yararsız texnikanın ehtiyat hissələrindən istifadə edib.