BAKI, 22 aprel — Sputnik. Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb. Sputnik Azərbaycan Təhsil Nazliyinə istinadən xəbər verir ki, aprelin 22-də respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə start verilib.
Bu mərhələdə 2017-2018-ci və 2018-2019-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edir.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən 22-24 aprel 2019-cu il tarixlərində keçirilməsi nəzərdə tutulan müsahibələrdə 1200-dən çox müəllimin iştirak etməsi gözlənilir.
Müsahibə proqramı və materialları barədə məlumatlar bu KEÇİDdə yerləşdirilib.