Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yüzlərlə insanın öldüyü partlayışları törədən qruplaşmanın adı açıqlandı

© REUTERS / STRINGERŞri-Lankada terror
Şri-Lankada terror - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda ölkə rəhbərliyi qruplaşmanın beynəlxalq dəstək alıb-almamasını araşdırır

BAKI, 22 aprel — Sputnik. Şri-Lankada terror aktlarını "Milli Tavhid-Camaatı" adlı qruplaşma törədib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Al Arabia" telekanalı məlumat yayıb.

Şri-Lankanın rəsmi nümayəndəsi Racita Senaratnenin sözlərinə görə, hazırda ölkə rəhbərliyi qruplaşmanın beynəlxalq dəstək alıb-almamasını araşdırır.

Qeyd edək ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib. Partlayışlar nəticəsində 290 nəfər həlak olub.

Xəbər lenti
0