BAKI, 20 aprel — Sputnik. Kanadalı elm adamları laboratoriyada ət istehsalına başlayıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, alimlər yaxın gələcəkdə ağartı, ət və ət məhsulları yemək üçün heyvanı kəsməyə ehtiyac olmayacağını bildirirlər. Onlar qeyd edirlər ki, heyvandan əldə olunan hüceyrələrdən süd, yumurta, ət və digər məhsullar istehsal etmək mümkün olacaq.
Belə şirkətlərdən biri olan “Appleton Meats” adlı qurumun rəsmiləri yaxın 3-5 ildə bu satışı reallaşdıracaqlarını bildiriblər.