“İstənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər”. Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a deyir ki, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsinə ehtiyyac var:
“Bu sürətləndimə üçün məhkəməyə çıxış imkanlarının genişləndirilməsi, məhkəmələrin fəalliyyətində şəffaflığın dərinləşdirilməsi, qəbul edilmiş qərarların tam və vaxtında icra edilməsi təmin olunmalıdır. Prezidentin imzaladığı fərmanda digər qurumlar üçün də tövsiyyələr mövcuddur. Fərmanın icarısının təmin edilməsi üçün Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə konkret tapşırıqlar qoyulub”.
Qeyd edək ki, aprelin 3-də Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.
Əliməmməd Nuriyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz