CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Emo ideologiyası, satanizmi təbliğ edən qruplarla mübarizə aparmaq..." - Elgün Səfərov

Abunə olmaq
Təhlükəli forumlar arasında Azərbaycan dilində fəaliyyət göstərənlər də mövcuddur

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 21 aprel — Sputnik. "Ailə strategiyası ilə bağlı layihə hazırlanıb. Növbəti 5-6 ili əhatə edən bu layihədə ailə strukturunun inkişafı və dəstəklənməsini nəzərdə tutan tədbirlər yer alıb. Burada uşaqların, qadınların, eybi zamanda da ahılların hüquqlarının müdafiəsindən söhbət gedir".

© Photo : REPORTElgün Səfərov
Emo ideologiyası, satanizmi təbliğ edən qruplarla mübarizə aparmaq... - Elgün Səfərov - Sputnik Azərbaycan
Elgün Səfərov

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, sözügedən layihədə həmçinin narkotik, zorakılıq və kibercinayətkarlıqla mübarizə nəzərdə tutulur.

"Kibercinayətkarlığın inkişafı, sosial şəbəkələr vasitəsi ilə yaradılmış forum çərçivəsində uşaqların intihara çağırışı olur. Hətta təəssüflə qeyd etmək istəyirəm ki, bu forumlar arasında Azərbaycan dilində fəaliyyət göstərənlər də mövcuddur. Bu səbəbdən ölkəmizdə ailə strukturunun daha da möhkəmləndirilməsinə ehtiyac duyulur" – deyə E.Səfərov əlavə edib.

Həmsöhbətimiz qeyd edib ki, hüquq-mühafizə orqanları ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə fəaliyyəti nəticəsində bu cür forumların bir neçəsi dağıdılıb: "Emo ideologiyası, satanizmi təbliğ edən qruplarla mübarizə aparmaq, uşaqları müxtəlif təhlükəli oyunlardan uzaqlaşdırmaq, bu sahədə müsbət nəticələr əldə etmək üçün müəyyən proqramların daha da inkişaf etdirilməsinə ehtiyac var".

Xəbər lenti
0