BAKI, 21 aprel – Sputnik. Bakıda azyaşlı quduz itin hücumuna məruz qalıb.
Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.
İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.
Ağır yaralanan 4 yaşlı uşaq 1 saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.
Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.