Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Düşünürəm ki, ekoturizmdə uğur qazana biləcəyik”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, Dövlət Turizm Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi bu sahədə birgə əməkdaşlıq edərək bu sistemi işə sala bilərlər
Müslüm İbrahimov: “Azərbaycanda ekoturizmin inkişafı üçün böyük potensial var”

Hazırda ümumilikdə turizm sektoruna, o cümlədən aqroturizm, ekoturizm, dağ turizmi kimi sahələrə xarici investisiyaların cəlb olunması ilə bağlı sənəd hazırlanır: Bunu Trend-ə Azərbaycanda Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda kənd təsərrüfatı turizminin inkişaf etdirilməsi üçün böyük potensial var:

“Təəssüf olsun ki, biz bu sahədə hələ lazım olan səviyyəyə çatmamışıq. Bizdə bu sahədə işləyən fermerlər də var. Onlar təsərrüfatlarında turistlərin qalması üçün müvafiq infrastruktur yaradırlar. Bizdə hazırda kənd təsərrüfatının inkişafına diqqət yetirilir. Düşünürəm ki, bu baxımdan ekoturizmdə uğur qazana biləcəyik. Dövlət Turizm Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi bu sahədə birgə əməkdaşlıq edərək bu sistemi işə sala bilərlər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0