BAKI, 20 aprel — Sputnik. "Microsoft" şirkətinin sahibi Bill Qeytsin sərvəti son 20 ildə 100 milyard dolları keçib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu göstərici 1999-cu ildən sonra ilk dəfə artıb.
"Bu, "Microsoft" aksiyalarının dəyərinin artması nəticəsində baş tutub. Hazırda Qeytsin sərəvti 100,61 milyard dollardır" - deyə "Forbes" yazır.
Bununla da Qeyts dünyanın ən zənginləri arasında 153,2 milyard dollar varidata sahib olan "Amazon"-un yaradıcısı Cef Bezosdan sonra ikinci yeri tutub.
Xatırladaq ki, Bill Qeyts "Microsoft" şirkətini 1975-ci ildə Pol Allenlə birgə yaradıb.