Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Onu tanıyanlardan polisə məlumat vermələri xahiş olunur

© Sputnik / Rahim MuradovAstara Rayon Polis şöbəsi
Astara Rayon Polis şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Meyit tapılan zaman əynində idman üslübunda tikilən qara şalvar, qara uzunboğaz yün köynək, ayağında qırmızı rəngli ayaqqabı olub

BAKI, 19 aprel — Sputnik. Aprelin 17-də Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

© © DİN-nin mətbuat xidmətiXəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti
Onu tanıyanlardan polisə məlumat vermələri xahiş olunur - Sputnik Azərbaycan
Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti

Meyitin xarakterik əlamətləri: boyu 159 santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır. Ağız boşluğunda alt və üst çənəsinin hər birində 4 ədəd sarı metaldan hazırlanan dişləri var.

Meyit tapılan zaman əynində idman üslübunda tikilən qara şalvar, qara uzunboğaz yün köynək, ayağında qırmızı rəngli ayaqqabı olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (012) 433-38-02, (012) 433-38-12, həmçinin 050-200-58-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0