CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ceyhun Bayramov şagirdin intiharından danışdı: "Bizim üçün sarsıdıcı oldu”

© Photo : Təhsil Nazirliyinin mətbuat xidmətiAzərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov
Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Məktəb psixoloqu, sinif rəhbərləri fənn müəllimləri fənləri tədris etməklə yanaşı, şagirdlərin psixoloji durumundan da xəbərdar olmalıdırlar"

BAKI, 19 aprel - Sputnik. “Bakıda 162 saylı məktəbdə baş vermiş hadisə və 2 gün sonra şagirdin ölümü bizim üçün sarsıdıcı oldu”.

ONA-nın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov "ASAN" radioya müsahibəsində deyib. O bidlirib ki, bir neçə gün öncə Bakı şəhər məktəblərinin direktorları ilə iclas keçirilib.

“Hesab edirəm ki, məktəb psixoloqu, sinif rəhbərləri fənn müəllimləri fənləri tədris etməklə yanaşı, şagirdlərin psixoloji durumundan da xəbərdar olmalıdırlar. Bütün bu işlər isə valideynlərlə əlaqəli həyata keçirilməlidir. Valideyn hər zaman sinif rəhbərləri ilə, müəllimləri ilə əlaqədə olmalıdır. Müəllim də valideyni tanımalıdır” - Bayramov vurğulayıb.

Nazir qeyd edib ki, yüksək sosial risk faktoru olan şagirdlərə xüsusi diqqətin göstərilməsi vacibdir: “Bütün bunların edilməsi üçü məktəb kollektivi hər bir şagirdi tanımalıdır. Düzdür, bu, çətin prosesdir. Ancaq hesab edirik ki, valideynlərlə sıx əlaqədə olmaqla bunları etmək mümkündür. Yaxın vaxtlarda yeni normativlər də qüvvəyə minəcək. "Qaynar xətt" yaradılır, "Məktəblinin dostu" layihəsinin genişləndirilməsi aparılacaq”.

Xəbər lenti
0