Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İndi də qulaqdibi xəstəliyi yayılıb

CC0 / qimono / InfectionМикробы, фото из архива
Микробы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəlik insandan-insana danışıq, öskürək və asqırma zamanı hava-damcı yolu ilə yoluxur

BAKI, 19 aprel — Sputnik. 2019-cu ilin ilk rübündə Qırğızıstanın Bişkek şəhərində 120 qulaqdibi xəstəliyi faktı qeydə alınıb. Sputnik Azərbaycan Bişkek Dövlət Sanitar-Epidemiologiya Mərkəzinin saytına istinadən xəbər verir ki, epidemik qulaqdibi xəstəliyi daha çox peyvənd edilməmiş böyüklərdə müşahidə edilib.

Xəstəliyə yoluxanların (71,6 faizi) 86 nəfəri böyüklərdir.

Epidemik qulaqdibi insandan-insana danışıq, öskürək və asqırma zamanı hava-damcı yolu ilə yoluxur. Xəsətlik kəskin şəkildə başlayır. Xəstənin 5-7 gün müddətində 38-40 C hərarəti olur. Baş ağrıları, iştahsızlıq, zəiflik müşahidə edilir.

Xəsətlik zamanı tüpürcək vəzilərində şişlik meydana gəlir. Xəstəlik çox zaman yüngül keçsə də, onu zərərsiz infeksiyalara aid etmək olmaz.

Xəbər lenti
0