Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdirilib

© Sputnik / Anar MustafayevПоезда Stadler на Бакинском железнодорожном вокзале, фото из архива
Поезда Stadler на Бакинском железнодорожном вокзале, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında da optimallaşdırma aparılaraq dəyişiklik edilib

BAKI, 19 aprel — Sputnik. Sərnişinlərin istək və təkliflərini nəzərə alaraq, 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O qeyd edib ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb. Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6017, 6020, 6022/6021, 6024, 6028 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Xəbər lenti
0