Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dörd yüz kiloqram xəstəliyə tutulmuş heyvan əti aşkarlanıb

© Photo : DBNX mətbuat xidməti“Təzə bazar”da aşkar edilmiş qanunsuz ət sexi
“Təzə bazar”da aşkar edilmiş qanunsuz ət sexi - Sputnik Azərbaycan
Abunə olmaq
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib

BAKI, 18 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin (DTA) nümayəndələri ilə birgə Mingəçevir şəhəri ərazisində tədbir keçiriblər.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbir zamanı Ağdam rayon sakini İ.Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış zamanı yük yerindən iribuynuzlu heyvanlara aid "Aqoniya" xəstəliyinə yoluxmuş və istifadəyə tam yararsız vəziyyətdə olan 400 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0