Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Varlı azərbaycanlıların siyahısı açıqlandı, ortada 31.7 milyard dollar sərvət var

Abunə olmaq
Rusiyanın ən varlı 200 biznesmeni siyahısında Vahid Ələkbərovla yanaşı, daha 5 Azərbaycan əsilli biznesmen də var

BAKI, 18 aprel — Sputnik. "Forbes" nəşri Rusiyanın ən varlı biznesmenlərinin siyahısını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, 200 varlı biznesmenin yer aldığı siyahı nəşrin saytında yerləşdirilib. 

Alhüseyn Alhüseynova məxsus fermer təsərrüfatı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Devalvasiya məcburiyyətindən açılan imkan qapısı: Yeni sərvət qazanma üsulu təklif edilir

Məlumata əsasən, siyahıda ilk pilləni Rusiyanın "Novatek" qaz şirkətinin idarə heyətinin sədri Leonid Mixelson tutub. Onun ümumi sərvəti 24 milyard dollardır.

İkinci pillədə 21,3 milyard dollar sərvət ilə NLMK poladəritmə şirkətlər qrupunun direktorlar şurasının sədri Vladimir Lisin qərarlaşıb. Üçüncü pilləni isə Azərbaycan əsilli milyarder Vahid Ələkbərov tutur. Onun sərvəti 20,7 milyard dollardır.

Rusiyanın ən varlı 200 biznesmeni siyahısında Vahid Ələkbərovla yanaşı, daha 5 Azərbaycan əsilli biznesmen də var. Belə ki, reytinqdə 33 və 34-cü pillələrdə Zarax İliyev və Qod Nisanov qərarlaşıblar. 2019-cu ildə onların hər birinin sərvətinin 3,5 milyard dollar olduğu bildirilir.

52-ci pillədə "Crocus Group"un prezidenti Araz Ağalarov qərarlaşıb. Onun sərvəti 1,9 milyard dollardır. 67-ci pilləni 1,4 milyard sərvətlə Fərhad Əhmədov tutur. 200 yerlik siyahıda 152-ci yerdə 700 milyonluq sərvəti ilə Seyfəddin Rüstəmov qərarlaşıb.

Xəbər lenti
0