SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Moskva görüşü barədə: detalların həll edilməsinin vaxtı yetişib

Abunə olmaq
Politoloq Arzu Nağıyev deyir ki, məsələlərin həlli üçün bir sıra nazirliklərin koordinasiya mərkəzləri yaradılmalıdır
Arzu Nağıyev: “Moskva görüşünü mühim saymaq olar”

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilmiş görüşünü son dərəcə əhəmiyyətli saymaq olar”. Bunu Sputnik Azərbaycan-a nazirlərin görüşünü şərh edərkən politoloq Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, qlobal miqyasda keçirilən görüşdə erməni tərəfi daima Qarabağda təhlükəsizlik və onun statusu barədə danışır: “Budəfəki görüşdə gəlinən razılığa görə, əsir və girovların qohumlarının onlara baş çəkməsi, KİV nümayəndələrinin qarşılıqlı səfərləri, kənd təsərrüfatı məhsullarının becərilib-yığılması zamanı atəşkəs təmin olunmalıdır. Bu baxımdan görüşü mühim saymaq olar. Vyana görüşündən sonra artıq detalların həll edilməsinin vaxtı yetişib. Bu məsələlərin həlli üçün bir sıra nazirliklərin koordinasiya mərkəzləri yaradılmalıdır. Düşünürəm ki, artıq növbəti görüşdə tərəflər detalların necə icra olunması barədə hesabat verməlidir”.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskva görüşündə bir neçə yeni təklifin müzakirə olunduğunu və qərarlar qəbul edildiyini bildirib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0